• $
  • €
  • ₽
  • ₺
  • £

"Ağıllı" saat istifadəçinin əlindəki obyektləri müəyyənləşdirəcək

"Ağıllı" saat istifadəçinin əlindəki obyektləri müəyyənləşdirəcək
20.10.2016 15:45
Karnegi-Mellon Universitetinin tədqiqatçıları "ağıllı” saata jestləri başa düşməyə və istifadəçinin əlindəki obyektləri müəyyənləşdirməyə imkan verəcək "ViBand” konseptual sistem hazırlayıblar.

Müasir mobil qurğularda istifadə olunan akselerometr saniyədə 100 dəfə ölçmə aparır. Bu, yerdəyişmənin müəyyənləşdirilməsi kimi vəzifələrin yerinə yetirilməsi üçün kifayət edir. Lakin Karnegi-Mellon Universitetinin tədqiqatçıları müəyyənləşdiriblər ki, proqram təminatı vasitəsilə akselerometrin rəqəmləşdirmə tezliyi saniyədə 4 min əməliyyatadək artırılsa, bu qurğulara vibrasiyalı mikrofon qismində çıxış etməyə imkan verəcək. Bu isə o deməkdir ki, mobil qurğular istifadəçinin bədənindən vibrasiya şəklində keçən səs və ya bioakustik siqnalları aşkarlaya biləcək.

Bu siqnalların unikal xüsusiyyətlərini təhlil edən "ağıllı” saat istifadəçinin barmaq şıqqıltısı, əlləri üzə sürtmək və s. kimi hərəkətlərini seçmək imkanı əldə edəcək. Hərəkətlərin hamısı, məsələn, menyuya baxmaq, seçimin idarə edilməsi kimi müəyyən vəzifələrin yerinə yetirilməsi və ya digər qoşulmuş texnikaya nəzarət üçün istifadə oluna bilər.

Bundan başqa, "ViBand” sistemi vasitəsilə "ağıllı” saat müxtəlif əşyaların yaratdığı bioakustik siqnallarla onları tanıya biləcək. Lakin əşyaların bu siqnalları istehsal etməsi tələb olunur, çünki texnologiya vibrasiya etməyən əşyaları identifikasiya edə bilməyəcək. Problemin həlli üçün tədqiqatçılar istənilən obyektə bərkidilən və lazımi vibrasiyaları hasil edə bilən kompakt ötürücülər hazırlayıblar. (ict.news)
 


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol