• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyanın ən kiçik sensor telefonu təqdim edildi

Dünyanın ən kiçik sensor telefonu təqdim edildi
20.10.2016 19:11
Çinin "V-Phone” şirkəti "Vphone S8” telefonunu təqdim edib. İstehsalçı yeni qurğunu dünyada sensor ekranla təchiz edilən ən kiçik telefon kimi qələmə verir.

"ICTnews” Elektron Xəbər Xidməti "Ferra” resursuna istinadən yazır ki, telefondan "Android” və ya "iOS” əsasında işləyən böyük smartfon üçün mobil əlavə qismində təxminən "Bluetooth” ilə smartfona qoşulan "ağıllı” saat kimi istifadə etmək, zəng etmək və qəbul etmək, SMS-lərə cavab vermək və s. mümkündür.

Arxa paneldə ürək ritmini ölçən cihazın yerləşdiyi qurğu addımları da saya bilir. Korpusu alümindən düzəldilən "Vphone S8” 1,54 düymlü sensor ekranla təchiz edilib. Qurğunun aparat əsasını "MTK2502” "ağıllı” saatı, 64 meqabaytlıq operativ, 128 qiqabaytlıq quraşdırılmış yaddaş təşkil edir. Telefon bir SİM-kart və 850/900/1800/1900 MHs tezliklərində GSM rabitəsi üçün nəzərdə tutulub. Həmçinin "Bluetooth 4.0” və FM-radio dəstəklənir. Akkumulyator tutumu 380 milliamper/saat təşkil edən qurğuda "USB 2.0” və 3,5 mm-lik "TRS” çıxışı quraşdırılıb. "Vphone S8” telefonunun ölçüsü 46,7 х 37,3 х 9,9 mm, çəkisi 30 qram təşkil edir.

Satışa nə vaxt çıxarılacağı barədə məlumat verilməyən qara və gümüşü rəngdə təklif olunan qurğunun qiyməti 30 dollara bərabərdir.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol