• $
  • €
  • ₽
  • ₺
  • £

Hokinq: “Süni intellekt bəşəriyyət üçün təhlükəli ola bilər”

Hokinq: “Süni intellekt bəşəriyyət üçün təhlükəli ola bilər”
21.10.2016 13:43
Britaniyalı fizik-nəzəriyyəçi Stiven Hokinq  süni intellektin bəşəriyyət tarixində rolunu çoxmənalı hesab edir.

O, Kembric Universitetində süni intellekt və gələcək bəşəriyyətin öyrənilməsi üzrə mərkəzin açılışında belə fikir səsləndirib.

"ICTnews” Elektron Xəbər Xidməti "tass.ru” saytına istinadən yazır ki, "biz intellektimizin süni intellektlə gücləndirilməsi təqdirdə nələrə nail ola biləcəyimizi öncədən söyləyə bilmərik" – "Daily Express” qəzeti Hokinqin sözlərindən sitat gətirir. Tədqiqat mərkəzi Oksford Universiteti və London İmperiya kolleci ilə birgə yaradılıb.

"Ola bilsin ki, biz yeni texnologiya inqilabına məxsus alətlər dəstinin köməyi ilə əvvəlki sənaye inqilabı ilə vurulmuş zərəri qismən kompensasiya etmək imkanı əldə edək" – alim deyib. Onun sözlərinə görə, süni intellekt xəstəlik və yoxsulluğun məhvi ilə mübarizədə istifadə edilə bilər. "Süni intellekt həyatımızın bütün aspektlərini dəyişdirəcək" – Hokinq buna əmindir.

Eyni zamanda alim bildirib ki, bəşəriyyət risklərə nəzarət etməyi öyrənmədiyi halda süni intellektin yaradılması son texnologiya inqilabı ola bilər. "Süni intellekt fayda ilə yanaşı, həmçinin təhlükələr yaradacaq" – o belə düşünür.

Hokinq süni intellektin öz-özünü təkmilləşdirərək insanlarla münaqişəyə girmək ehtimalını istisna etmir.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol