• $
  • €
  • ₽
  • ₺
  • £

Yəhudilərin yeni anım yeri - FOTOLAR+VİDEO

Yəhudilərin yeni anım yeri - FOTOLAR+VİDEO
24.10.2016 22:20
ANN.Az Publika.az-a istinadən xəbər verir ki, Şindlerin fabriki anım yerinə çevrildi

1200 yəhudini işçi olaraq alıb, ölüm düşərgəsinə göndərilməsinə imkan verməyən və Stiven Spilberqin rejissorluğunu etdiyi 7 nominasiyada "Oskar"a layiq görülən "Şindlerin siyahısı" filminə mövzu olan Oskar Şindlerin fabriki abidəyə çevrilir.

Şindler, İkinci Dünya Müharibəsində 1200 yəhudini fabrikində "kölə işçi" olaraq işlətməsini göstərərək, ölüm düşərgələrinə göndərilməsini maneə törədib və bununla həyatlarını xilas edib.

Oskar Şindler Fondundan verilən məlumata görə onun Çex Respublikasındakı köhnə zavodu abidəyə çevriləcək.

Brenets şəhərində yarasız halda olan köhnə fabrik binasının yenidən bərpa edilməsi planlaşdırılır. 2019-ci ilə qədər onu yəhudi soyqırımı abidəsinə çevirmək istəyirlər.

Stiven Spilberqin 1993-ci ildə Oskar mükafatlı "Şindlerin siyahısı" filmiylə tanınan Oskar Şinder (1908-1974) alman sənayəçisi və nasisit agenti idi.
1200 yəhudinin həyatını xilas edən fabrikə 2010-ci ildən başlayaraq ziyarətə icazə verilir.

Sursat fabrikinə yəhudiləri işçi olaraq alan Şindler, nasist rejiminə qarşı çıxaraq və yəhudiləri ölümdən qurtarmaq üçün adlarını siyahıya yazıb. 2013-ci ildə, 801 yəhudi işçinin ad, doğum tarixi və peşə məlumatlarının daxil olduğu 14 səhifəlik sənədlərdən biri internetdə "Ebay" üzərindən 3 milyon dollara satışa çıxarılıb.

Bu siyahıdan ümumilikdə dörd ədəd olduğu bildirilir. Bunlardan biri ABŞ-dakı Soyqırım Muzeyində, ikisi isə İsraildəki Yad Vase muzeyindədir.

Fondun sədri Jaroslav Novak buranın Çexiya Respublikasının ən çox tanınan binalarından biri olduğunu qeyd edib.
 

 







www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol