• $
  • €
  • ₽
  • ₺
  • £

Türk Dünyasının ilk qadın generalı – Kurmancan Datka

Türk Dünyasının ilk qadın generalı – Kurmancan Datka
28.05.2020 20:45
Bu yazımızda Türk dünyasının önəmli bir simalarından biri, şücaətlərilə yaşadığı dövrə damğasını vuran, adını tarixə həkk etdirən ilk qadın general Kurmancan Datkadan bəhs edəcəyik. Datka bir rütbə olub, hökmdar, general, idarəçi mənalarında istifadə olunur. Kurmanca Datka isə göstərdiyi igidliklər nəticəsində, bu ünvana iki dəfə layiq görülüb. Bu hadisə isə təkcə Orta Asiyada deyil, bütün Türk və İslam ailəmində görünməmiş hadisə idi.
 
Kurmancan 1811-ci ildə Oş şəhərinə yaxın Madi Qışlağında Munquş nəslinin Bargi qəbiləsindən olan əkinçi ailəsində dünyaya göz açıb. Kurmancan Datka 1832-ci ildə Hokand Xanlığının baş naziri və baş komandiri Alimbek Datka ilə evlənir. Cütlüyün bu evlilikdən 5 oğlu və 2 qızı dünyaya gəlir. Bəzi mənbələrə əsasən, 96 yaşında vəfat edən Kurmancan Datkanın uşaqlarının, nəvələrinin və nəticələrinin sayı 100 nəfər olub.

Tarixə nəzər saldığımız zaman görərik ki, XIX əsr imperialist dövlətlər üçün dünyaya hakim olma dövrü olub. İngiltərə, Rusiya, Fransa, Almaniya, Belçika, Hollandiya və digər dövlətlər Asiya, Afrika və Avstraliyadan pay ala bilmək üçün qırğınlar törədərək, milyonlarla insanı qətlə yetirir, yurdlarından sürgün edirdilər. Bu zülmlərin əsasәn, müsalman xalqlara qarşı həyata keçirildiyini də görərik. 

Bütün bu hadisələrin bizim bugünkü mövzumuzla birbaşa əlaqəsi var. Belə ki, ingilislər Hindistanı işğal etmişdilər, amma bununla kifayətlənmək istəməyərək, Türküstanı da işğal etmək niyyətləri vardı. Bu siyasət onsuz da, rusların əsrlər boyu davam etdirdikləri bir siyasət idi. Fürsət düşmüşkən, Türküstanı işğal etmək üçün tarixdə az təsadüf edilən vəhşiliklə Asiyadakı müsəlman və Türk xalqlarına hücum çəkdilər və qanlı toqquşma başladı.
Rusiya 1700-cü ildən etibarən, İslam dini əleyhinə siyasət izləməyə başladı. 1742-ci ildə qəbul edilən qərara əsasən, məscidlər ancaq rusların və yeni vaftiz (xaç suyuna salınma) edilənlərin yaşadıqları yerlərdə olmalıdır. Bu qərardan sonra Kazanda 536 məscid bağlandı. Bundan başqa, ruslar imperialist əməllərilə 1552-ci ildə Kazanı, 1556-cı ildə Həştərxanı, 1604-cü ildə Tomskini, 1716-cı ildə Omsku, 1830-cu ildə Aqmola vilayətini, 1854-cü ildə Almaatanı, 1850-76-ci illərdə Buxara Xanlığını, 1877-1886-ci illərdə Xivə Xanlığını və eyni tarixdə Kurmanca Datkanın vətəni olan Hokand xanlığını da işğal etdilər.

Beləliklə, ruslar Kokand Xanlığını işğal etsələr də, bu, Fərqanə hövzəsində tam olaraq iqtidarı ələ aldıqları demək deyildi. Xanlığın süqutundan sonra toqquşmalar zaman-zaman davam edirdi. Xanlığın tam olaraq süqutundan sonra Altay Vadisində hərbi idarə Altay hökmdarı Alimbekin xanımı Kurmancana tapşırıldı. Qızğızların Qulçin nəslindən olan və xarici siyasəti çox yaxşı bilən, hərbi idarəçilik qabiliyyəti yüksək olan Kurmancan Datka "Altay Şahzadəsi” ləqəbini alır və 1876-cı ildə Altaya istiqlaliyyət qazandırır.

25 Aprel 1876-cı ildə Mixail Skobelyev Oşda Altay Vadisinə qarşı hərbi əməliyyata başladı. Kurmancanın oğlu Abdullah bəy idarəni ələ aldı. Satqınlıq nəticəsində, Kurmancan Datka əsir alındı və Skobelevin hüzuruna aparıldı. Skobelev, Kurmancan Datkanı xüsusi hörmətlə qarşıladı, onu əyilərək salamladı. Kurmancan isə Skobelevin huzurunda bir qəhrəmana xas əzmlə dimdik dururdu. Mixail Skobelyev ondan qarşıdurmaların dayandırılmasını xahiş etdi. Kurmancan bundan sonra Vadinin daxili işlərinin müstəqil olması şərtilə qarşıdurmaları dayandıracağına dair söz verdi. Rus generalı bu şərtlə razılaşdı.

Beləliklə, Altay Vadisinin şahzadəsi Kurmancan Datka 1907-ci ildə vəfat etdi və ömrünün sonuna qədər yəni, düz 31 il qırğızlara hökmdarlıq etdi. Onların rifahı üçün əlindən gəlini etdi.

Kurmancan Datka böyük dövlət adamı olması ilə yanaşı, həm də xalqını çox sevən bir qəhraman idi. Onun haqqında yazılan bir əfsanəyə görə, Kurmancan Datkanın kiçik oğlu Kamçıbekin adı cinayətdə hallanır. Ruslar bunu bəhanə edərək, Kamçıbek haqqında edam qərarı çıxarır. Kamçıbek zindanda edam olunacağı günü gözləyir. Bu zaman Kurmancana sadiq bir qrup insan onun yanına gələrək "biz bir gece o zindanın altını üstünə çevirərək Kamçıbeki Altay dağlarına qaçırarıq” deyir. 
 
Kurmancan isə onlara belə cavab verir: 

"Bəli, bilirəm, bu dediklərinizi edəcəyinizdən əminəm, amma bu hadisə neçə-neçə ananın ağlar qoyub. Oğlum edam edilsə, təkcə mən ağlayaram. Başqa anaların ağlamasına ürəyim dözməz.”

Ruslar Kamçıbeki şəhərin mərkəzində xalqın önündə edam edəcəkləri zaman Kurmancan Datka öz atı ilə meydana gəlir və son bir dəfə oğluna baxır. Bu vaxt ana ilə oğulun baxışları toqquşur və Kamçıbek göz yaşlarını tuta bilmir. Bu hadisə Kurmancan Datkanın ürəyini parçalasa da, oğluna "oğul, mətin ol, mətanətini itirmə. Sən şəhid olursan. Bu rütbə hər kəsə nəsib olmur. Unutma ki, əcdadalarımızın heç biri isti yataqlarında öz əcəlləri ilə vəfat etməyiblər” - deyir və atını çaparaq oradan uzaqlaşır.

Vüsalə Həbibova 


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol