• $
  • €
  • ₽
  • ₺
  • £

İtaliya Avropa İttifaqını hədələdi

İtaliya Avropa İttifaqını hədələdi
29.05.2020 06:52
Şərqi Avropa ölkələri miqrantları qəbul etməyəcəyi təqdirdə İtaliya 2017-ci ildə Avropa İttifaqının büdcəsinə veto qoyacaq.
 
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ölkənin baş naziri Matteo Rentsi "Rai” dövlət telekanalına müsahibəsində deyib.    
 
"Mən istərdim ki, biz hamımız – iqtidar və müxalifət bu ölkələrə onu deyək ki, əvvəlki mexanizm artıq işləmir. O mexanizm ki,  biz Avropaya 20 mlrd. avro verirdik, Aİ isə sonradan bizə 12 milyardı geri qaytarırdı.   Macarıstan və Slovakiya miqrantlara görə bizə ibrət dərsi keçirlər, amma heç bir köməklik etmirlər, üstəlik də bizdən pullarımızı istəyirlər. Belə olacağı təqdirdə, 2017-ci ildə büdcənin müzakirəsi başlayanda İtaliya veto qoymağa hazır olacaq”, - deyə  Matteo Rentsi qeyd edib.  
 
Rentsi Aralıq dəniz vasitəsi ilə Avropaya miqrant axınının dayandırılması üçün 2017-ci ili mühüm dövr adlandırıb.
 
"Biz hələlik miqrant axınını idarə etmək iqtidarındayıq, lakin qışa çox az qalıb və dənizdə vəziyyət pisləşəcək. Qayıqların göndərilməsini dayandırmaq lazımdır. Biz 2017-ci ildə axını bloklamalıyıq, əks təqdirdə,  İtaliya artıq tab gətirməyəcək”, - deyə baş nazir qeyd edib.     
 
Rəsmi məlumata görə, 2016-cı ilin 10 ayı ərzində İtaliya sahillərinə Aralıq dənizi ilə 153 min qaçqın gəlib. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 10 faiz çoxdur.   

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol