• $
  • €
  • ₽
  • ₺
  • £

“Wi-Fi” texnologiyası iki dəfə daha sürətli olacaq

“Wi-Fi” texnologiyası iki dəfə daha sürətli olacaq
26.10.2016 18:42
Tezliklə "Wi-Fi” texnologiyası daha sürətli olacaq. Belə ki, "Wi-Fi Alliance” şirkəti "WiGig” adlı yüksəksürətli standartı dəstəkləyəcək smartfon, noutbuk, router və başqa qurğuların sertifikatlaşdırılmasına başlayır.

 Sözügedən standart "Wi-Fi” texnologiyasının maksimal sürətini iki dəfə artıracaq. "WiGig” standartını dəstəkləyən cihazlar 2017-ci ildə satışa çıxarılacaq.

"Wi-Fi Alliance”ın hesabatlarına əsasən, "WiGig” yalnız təxminən 10 metr məsafədə işləyəcək. "Wi-Fi Alliance”ın marketinq üzrə vitse-prezidenti Kevin Robinson belə həlli "otaq texnologiyası" adlandırıb.
"ICTnews” Elektron Xəbər Xidməti "4pda.ru” saytına istinadən yazır ki, 10 metr distansiyanın "WiGig” standartı üçün kifayət qədər ciddi məhdudiyyət olmasına baxmayaraq, yeni texnologiya kifayət qədər imkanlara malikdir. Məsələn, virtual reallıq (VR). Hazırda VR şlemin oyun konsolu ilə birgə istifadəsi üçün naqil tələb olunur, çünki simsiz standartlar məlumatların ötürülməsi üçün lazımi sürəti təmin edə bilmir. Naqillər isə  öz növbəsində hərəkəti məhdudlaşdırır. Sürətli "WiGig” standartı isə "VR” qarniturların istifadəsini asanlaşdıracaq.

Müasir smartfon, noutbuk və routerlərin əksəriyyəti maksimal sürəti 4.5 Qbit/s təşkil edən "Wi-Fi 802.11 ac” standartını dəstəkləyir. "WiGig”ə məxsus "802.11 ad” standartı isə 8 Qbit/s-dək sürəti təmin edəcək.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol