"Google" 1500 əməkdaşını işdən çıxarır

"Alphabet” korporasiyasının bölməsi, genişzolaqlı şəbəkə üçün infrastrukturun yaradılması ilə məşğul olan "Google Fiber” şirkəti əməkdaşlarının 9 faizini ixtisar etməyi planlaşdırır.
İKT.lent.az-ın xəbərinə görə, bu barədə "Bloomberg” agentliyi öz mənbələrinə istinadən məlumat verib. İxtisara düşəcək əməkdaşların sayı təxminən 1500 nəfər təşkil edəcək.
Bundan başqa, şirkətin baş direktoru Kreyq Barret oktyabrın 25-də vəzifədən getdiyini elan edib.
"Google Fiber”dəki dəyişikliklər şirkətin biznes strategiyasındakı dəyişikliklə bağlıdır. Bu isə yeni texnologiyaların və metodların tətbiqindən irəli gəlir.
www.ann.az
























