Sakinlər xəzinə tapdılar - 500 trilyon dollarlıq...

Türkiyənin Muğla əyalətində xəzinə axtarışına çıxan şəxslər təhlükə ilə üzləşib.
ATV.az-ın məlumatına görə, qayaların altında qızıl olduğunu güman edən üç şəxs partlayıcılarla iri daşları məhv etməyə çalışıb. Onlar partlayıcı qurğunu işə salarkən səhlənkar davranıblar. Nəticədə hər üç şəxs xəsarətlər alıb.
Qeyd edək ki, bir müddət əvvəl Muğlada 3200 il əvvələ aid olduğu deyilən tarixi xəzinə tapılıb. Qiyməti 500 trilyon dollar dəyərində hesablanan xəzinənin Troya dövrünə aid olduğu güman edilir. Məhz bu reallıq sakinləri yeni xəzinə axtarışları aparmağa vadar edib.
www.ann.az
























