ABŞ-dan Türkiyə - Xəbərdarlığı

ABŞ Dövlət Departamentindən Türkiyədə xidmət edən diplomatların ailələrinə xəbərdarlıq edib.
"Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmi saytında məlumat yayılıb.
Nazirlik ABŞ-ın İstanbul Baş Konsulluğunda çalışan personalın ailələrinin Türkiyəni tərk etməsini istəyib. Səbəb olaraq radikal qrupların ABŞ vətəndaşlarına hücum edə biləcəkləri ilə bağlı kəşfiyyat məlumatının daxil olması göstərilib.

www.ann.az
























