• $
  • €
  • ₽
  • ₺
  • £

Dünya smartfon bazarı artıb

Dünya smartfon bazarı artıb
31.10.2016 11:39
Bu ilin üçüncü rübündə dünya smartfon bazarı 1 faiz artıb. İKT.lent.az-ın "svopi.ru” saytına istinadən xəbərə görə, bu məlumatı İDC agentliyinin analitikləri aparılan tədqiqat zamanı əldə ediblər. 

Mütəxəssislər bildirir ki, iyul, avqust və sentyabr ayları ərzində smartfonların satış həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 1 faiz artıb. Əvvəl olduğu kimi, "Samsung”, "Apple”, "Huawei”, "Oppo” və "Vivo” kimi texnologiya nəhəngləri dünya bazarının liderləri olaraq qalır.
 
Ancaq son iki istehsalçıya xüsusi diqqət yetirmək lazımdır. Çünki bu ilin üçüncü rübündə onlar öz məhsullarının satışı səviyyəsini ciddi şəkildə artırıblar. 

Cənubi Koreyanın "Samsung” şirkəti "Galaxy Note 7” flaqman modelində kütləvi halda partlamalar baş verməsindən sonra nüfuzunun xeyli ziyan görməsinə baxmayaraq, liderliyini saxlaya bilib. Mütəxəssislər hələ də smartfonların partlamasının nədən baş verməsi ilə bağlı vahid fikrə gələ bilməyiblər.  

"Apple”in satışları bir il əvvəlkindən bir az azdır. Ancaq bununla belə, şirkət rəhbərliyi optimizmini itirmir və iddia edir ki, "iPhone 7 Plus” smartfonuna olduqca böyük tələbat mövcuddur. 

"Huawei” istehsalçısının satışları da üç ay ərzində 23 faiz artıb. Ancaq o, hələ də "Oppo” və "Vivo”ya çata bilməyib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol