• $
  • €
  • ₽
  • ₺
  • £

Sosial şəbəkələrdən istifadə ömrü qısaldır? - ARAŞDIRMA

Sosial şəbəkələrdən istifadə ömrü qısaldır? - ARAŞDIRMA
02.11.2016 15:45
12 milyon internet istifadəçisi üzərində aparılmış müşahidələrə əsasən məlum olub ki, sosial şəbəkələrdən aktiv istifadə edən insanlar orta hesabla daha çox yaşayırlar. Ehtimal ki, bu, sosial aktivliyin yüksək olması və xarici aləmlə əlaqələrin kəsilməməsi ilə bağlıdır. 

ANN.Az ictnews.az-a istinadən xəbər verir ki, alimlər "PNAS” jurnalında dərc edilmiş məqalədə belə fikir səsləndiriblər.

"Belə görünür ki, internet üzərindən ünsiyyət saxlamaq sağlamlıq üçün faydalıdır. Amma xarici aləmlə əlaqələri kəsərək bütün həyatını internetdə keçirən insanlarda ömür müddətinin azalması qeydə alınıb – San-Dieqoda yerləşən Kaliforniya Universitetinin alimi Uilyam Hobbs deyib.

Hobbs və bir neçə başqa alim, həmçinin "Facebook”un mütəxəssisləri sosial şəbəkədə qeydiyyatdan keçmiş və tibbi sığortaya malik olan Kaliforniya ştatının bir neçə milyon sakininin həyatı üzərində müşahidə aparmaqla belə qənaətə gəliblər.

Alimlərin sözlərinə görə, araşdırma tamamilə anonim aparılıb: təhlil proqramı tibbi məlumatları "Facebook”un daxili statistikası ilə tutuşdurduqdan sonra bütün şəxsi məlumatlar dərhal silinib. 

Sosial şəbəkə istifadəçilərindən başqa tədqiqata, həmçinin heç vaxt "Facebook” və ya başqa sosial şəbəkələrdə hesab yaratmayan insanlar da daxil edilib. Onlar 25-70 yaş aralığında olublar.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol