Rusiya aviaşirkəti İrəvana uçuşlardan imtina etdi

Rusiyanın aşağı büdcəli aviaşirkəti "Pobeda" Ermənistanın paytaxtı İrəvana aviareyslər həyata keçirməkdən imtina edib.
ANN.Az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya KİV--i məlumat yayıb. Bildirilib ki, buna səbəb Zvartnots hava limanında yüksək gömrük rüsumlarının olmasıdır.
İrəvan hava limanında 1 sərnişin üçün rüsum 50 avro təşkil edir. Bu isə Rusiya aviaşirkətinin büdcəsinə uyğun deyil. "Pobeda"nın xarici marşrut istiqamətində 1 sərnişin üçün hava limanının rüsumu orta hesabla 10 avro təşkil edir. Bir sıra hava limanlarında isə bu xidmət ümumiyyətlə pulsuzdur.
Qeyd edək ki, "Pobeda" Rostovdan İrəvana, həmçinin Gümrüyə uçuşlar həyata keçirməyə icazə alıb.
www.ann.az
























