2020-ci ildə mobil əlavələr bazarı 189 milyon dollara çatacaq

"App Annie” analitik agentliyi mobil əlavələr bazarının 70 milyon dollardan 189 milyon dollara qədər, yəni 2,7 dəfə artım proqnozunu dərc edib.
İKT.lent.az-ın "vladtime.ru” saytına istinadən məlumatına görə, bununla belə, istifadəçilər 2014-cü illə müqayisədə əlavələr və oyunlarda vaxtını 114 faiz daha çox keçirirlər.
"App Annie”nin hesabatına əsasən, daha böyük - 30 faiz artımı "Android” əməliyyat sisteminin müstəqil əlavələr bazarı nümayiş etdirib. "Google Market” 24 faiz həcmində artıb, App Store” isə 26 faiz çoxalıb. Bazar payları bu faiz göstəricisində qalacaq. Bazarın lideri yenə də "App Store” qoruyub saxlayacaq.
Bazarın ümumi gəliri 2,7 dəfə artaraq 189 milyon dollar olub ki, bu da smartfion bazarının genişlənməsi və sinxronlaşdırma şəbəkələrinin populyarlığının artması ilə əlaqədardır. 2014-cü ilin ikinci yarım illiyindən 2016-cı ilin birinci yarım ilinə qədər mobil xidmət və əlavələrə sərf olunan vaxtın səviyyəsi 114 faiz artıb. Burada daha populyar proqramlar "Media” kateqoriyasına aid olub.
www.ann.az
























