“10 yaşımdan depressiyadayam…” - Adel

Məşhur müğənni Adel Britaniya mətbuatına müsahibə verib.
"Qafqazinfo” xəbər verir ki, "Rolling in the deep” mahnısı ilə rekorda imza atan sənətçi tez-tez depressiyaya düşdüyünü bildirib:
"Mənim qaranlıq bir tərəfim var. Depressiyaya uyğunlaşa bilirəm. Yəni, depressiyaya tez düşüb çıxa bilirəm. Bu vəziyyət təxminən 10 yaşımdan başlayıb.
Babamı itirmişdim, mənə çox pis təsir etmişdi. İntihar etmək barədə düşünmədim, ancaq müalicə almağa başladım. O yaşımdan bu günə kimi eyni vəziyyətə düşürəm”.
www.ann.az
























