Atatürk aeroportunda silahlı insident - FOTOLAR - VİDEO

Noyabrın 5-də gecə saatlarında İstanbulun Atatürk aeroportunda silahlı insident baş verib.
ANN.Az "İxlas” Xəbər Agentliyinə istinadən xəbər verir ki, hava limanında polislərin "Dayan” əmrinə tabe olmayan 2 şəxs motosikletlə hava limanına girməyə cəhd edib. Polis əməkdaşları havaya atəş açaraq, onları təqdib edib. Şübhəlilədən biri xüsusi əməliyyatla insident zamanı, digəri isə 2 saat sonra tutulub.
Saxlanılanların istifadə etdiyi motosikletdən bıçaqlar və "elektro şok” cihazı aşkarlanıb.
Şübhəlilərin saxlanması istiqamətində əməliyyatlar aparıldığından, aeroportun giriş və çıxışları bir neçə saat ərzində bağlanıb.
Aeroport rəsmiləri bildirib ki, əməliyyat başa çatdıqdan sonra hava limanı əvvəlki rejimlə fəaliyyətinə davam edib.
Hazırda faktla bağlı İstanbul şəhər Baş Prokurorluğunda araşdırma aparılır.


Kamil ƏMİRLİ
www.ann.az
























