HDP parlamentdəki fəaliyyətini dayandırdı

Xalqların Demokratik Partiyası (HDP) Türkiyə parlamentindəki fəaliyyətini dayandırıb.
ANN.Az "HaberTürk"-ə istinadən xəbər verir ki, bu barədə HDP bu gün qərar qəbul edib. Partiya sözçüsü Ayxan Bilgen açıqlamasında bildirib ki, qanunvericilik orqanındakı işlərimizi dayandırmağı qərara almışıq. Qərara uyğun olaraq, Türkiyə Parlamentinin toplantılarına və komissiya işlərinə qatılmayacağıq.
Qeyd edək ki, terrorla mübarizə çərçivəsində aparılan istintaq çərçivəsində HDP sədri Səlahəddin Demirtaş və sədr müavini Figen Yüksəkdağ da daxil olmaqla, ümumilikdə, 9 millət vəkili həbs olunub.
Xatırladaq ki, HDP 1 noyabr 2015-ci ildə keçirilən seçkilərə 59 namizədlə qatılmışdı.
Kamil ƏMİRLİ
www.ann.az
























