• $
  • €
  • ₽
  • ₺
  • £

Nüvə bombasının partlamasının fəsadları - VİDEO

Nüvə bombasının partlamasının fəsadları - VİDEO
29.05.2020 10:48
Dünyada nüvə silahları vasitəsilə ola biləcək müharibədən sonra insanlar nüvə qışı şəraitində sağ qala biləcəklərmi?

Life Noggins adlı YouTube kanalı böyük olmayan ərazidə partlamış 100 nüvə bombasının fəsadları haqqında video hazırlayıb. Nüvə qışı, irimiqyaslı nüvə müharibəsi sonrası fərziyyəyə əsaslanan Yer kürəsinin iqlim şəraitidir. Adətən güman olunur ki, nüvə bombasının partlaması nəticəsində stratosferə yüksək miqdarda tüstü və his buraxılan zaman planetdəki temperatur, günəş şüalarının sayının azalması hesabına aşağı düşür.
 
Lakin insanlar nüvə qışına dözə biləcəklərmi? Qısa olaraq "çox güman ki, yox” cavabını vermək olar. Lakin tam geniş cavab müharibəyə hansı ölkələrin daxil olacağı, nüvə bombalarının harada və hansı gücdə partlaycaqları faktorlarından asılıdır. Bütün faktorları nəzərə almaq mümkün olsa da bir xeyli çətindir.

Life Noggins kanalı aydın şəkildə başa salır ki, əgər Pakistan ilə Hindistan arasındakı ərazidə 100 ədəd nüvə bombası partlası onda tərkibində yüksək miqdarda olan karbon, stratosferə qalxaraq gün şüalarını udacaq. Bu isə stratosferdəki temperaturun artmasına, lakin Yer kürəsinin səthinin və dünya okeanının temperaturunun aşağı düşməsinə gətirib çıxaracaq. Ozon qatı da bu hadisədən zərər çəkəcək.
 
Nəticədə kənd təsərrüfatı yararsız hala düşəcək və insanlar aclıqdan tələf olacaqlar. Bu cür şəraitdən yalnız 5 il sonra Yer kürəsindəki temperatur 1 dərəcə aşağı düşəcək, ozon qatı isə yavaş-yavaş özünü bərpa etməyə başlayacaq. Çox qorxunc səslənir elə deyilmi? Lakin nəzərə alaq ki, bu misalda yalnız 100 ədəd nüvə bombasından istifadə olundu. Dünya üzrə bir çox ölkələr külli miqdarda nüvə bombalarına sahibdirlər.
 
Ümumi rəqəm isə 15000 ədəd nüvə bombası edir. Onların hamısından müharibədə istifadə edilsə onda bizi ən böyük təhlükə gözləyir.
 


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol