Türkiyədə daha bir terror

Türkiyənin cənub-şərqində növbəti terror aktı törədilib.
AzVision.az "Haber 7”-yə istinadən xəbər verir ki, Mardin vilayətinin Derik rayonunda yerli icra orqanının inzibati binası qarşısında partlayış baş verib.
Partlayış nəticəsində icra başçısı Fatih Safitürk yüngül xəsarət alıb. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadası göndərilib.
www.ann.az
























