Yol qəzasında kar oldu - Həkimlər qoluna qulaq tikdi... - FOTO

Çində 1 il əvvəl baş verən ağır yol qəzası zamanı sağ qulağını itirən Çi adlı şəxs yeni qulağına qovuşmaq üzrədir.
ATV.az "Daily Mail”ə istinadən xəbər verir ki, həkimlər onun üçün suni qulaq hazırlayıb. Tibb işçiləri suni orqanı Çinin qoluna birləşdirərək, onun böyüməsini gözləyir. Qulaq lazımi qədər inkişaf etdikdən sonra yerinə tikiləcək. Əməliyyatın 4 ay sonra baş tutacağı güman edilir.
Qeyd edək ki, qəza zamanı Çinin üz nahiyyəsi də tanınmaz hala düşmüşdü. Dəfələrlə plastik əməliyyat keçirən şəxs, əvvəlki görünüşünü az da olsa bərpa edə bilib.


www.ann.az
























