• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-a yeni kiberhücumlar - Rusiya nə öyrənmək istəyir?

ABŞ-a yeni kiberhücumlar - Rusiya nə öyrənmək istəyir?
11.11.2016 15:54
Donald Trampın qələbəsindən bir neçə saat sonra rusiyalı hakerlər ABŞ analitik mərkəzlərinə hücumlara başlayıblar.
 
ANN.Az ikt.lent.az-a istinadən xəbər verir ki, bu barədə "Reuters”ə kibertəhlükəsizlik sahəsi ilə məşğul olan 3 şirkətdən məlumat veriblər. Onların məlumatına əsasən hücumları "Cozy Bear” haker qrupunun həyata keçirdiyi güman olunur. Rusiya kəşfiyyatı ilə əlaqəli olan bu qrup seçkidən əvvəl Demokrat Partiyasının serverlərinə də hücum etmişdi.
 
"AlienVault” kibertəhlükəsizlik şirkətinin baş mütəxəssisi Ceymi Blasko bildirib ki, rusiyalı hakerlər böyük ehtimalla seçkidən sonrakı keçid dövründə Vaşinqtondan nələr baş verəcəyi haqda məlumat toplamaq istəyir.
 
Hələlik Federal Təhqiqatlar Bürosu (FBİ) yeni hücumlarla bağlı açıqlama verməyib. Obama administrasiyasının keçmiş yüksək vəzifəli əməkdaşı isə qeyd edib ki, Ağ Ev Moskvaya qarşı cavab addımları atmaq qərarına gəlib, lakin hələlik bunun hansı şəkildə ediləcəyi müəyyən olunmayıb. O, 3 variantın nəzərdən keçirildiyini açıqlayıb: kiberhücumların arxasında dayanan konkret şəxslər haqqında prokuror təhqiqatı; Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar; cavab xarakterli kiberhücumlar.
 
Qeyd edək ki, Barak Obama 2017-ci il yanvarın 20-nə qədər prezident səlahiyyətlərinin icrasını davam etdirəcək.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol