• $
  • €
  • ₽
  • ₺
  • £

“WhatsApp” istifadəçiləri DİQQƏT: Şifrələnəcək

“WhatsApp” istifadəçiləri DİQQƏT: Şifrələnəcək
15.11.2016 14:50
"WhatsApp” messenceri yaxın zamanlarda yeni şifrələnmiş videozənglər funksiyasını işə salacaq. 

İKT.lent.az-ın "Reuters”ə istinadən məlumatına görə, onun köməyi ilə istifadəçilər video konfrans rejimində ünsiyyət qura biləcəklər. Funksiya 180 ölkədə iOS, "Android” və "Windows” əməliyyat sistemlərinin istifadəçiləri üçün əlçatan olacaq.  

Tərtibatçılar bildirir ki, şifrələnmə sistemi video zənglərin tam müdafiəsini təmin edəcək və onun məzmununu nə "WhatsApp” əməkdaşları, nə də hökumət strukturları bilə bilməyəcəklər. Bundan başqa, video rejim kamera və akkumulyator istehsalında istifadə olunan son texniki innovasiyalar sayəsində hətta ucuz smartfonlarda da tam olaraq çalışacaq. 

2014-cü ildə "WhatsApp”ı əldə edən "Facebook” sosial şəbəkəsi mobil əlavəyə öz serverləri və rabitə kanalları vasitəsindən istifadə etməyə imkan verib. Bunun sayəsində məlumatların ötürülməsi daha tez və stabil olaraq həyata keçiriləcək.

Hazırda "WhatsApp” dünyanın ən populyar mobil əlavələrindən biridir. Hazırda ondan 1 milyarda yaxın insan istifadə edir. Bundan öncə orada mətn məlumatlarının və fayların mübadiləsi rejimi, həmçinin səsli əlaqə funksiyası da istifadəyə verilib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol