• $
  • €
  • ₽
  • ₺
  • £

Nömrəsiz də əlaqə saxlaya biləcəyiniz telefon

Nömrəsiz də əlaqə saxlaya biləcəyiniz telefon
16.11.2016 22:58
"Thuraya", peyk telefonları sayəsində inkişaf etmiş şirkətlərdən biridir. Bu cihazlar digər ağıllı telefonların funksiyasını daşımasa da əlaqə saxlamaq üçün ideal hesab oluna bilər. Belə ki, belə telefonlardan biri olan XT-PRO DUAL dünyada çox nadir sayılan xüsusiyyətlərdən birini özündə birləşdirir.

Bu telefon cüt rejimli cüt SİM kartlı olmaqla dünyada bir ilkə imza atır. Yəni istifadəçilər peyk və GSM əlaqəsi arasında keçid edə bilər.

XT-PRO DUAL adlı bu telefon, GSM və peyk şəbəkələri üçün iki ayrı hissəyə sahibdir. Bundan əlavə peyk və yerüstü şəbəkələrə bağlı qalaraq zənglər arasında keçidi təmin edən "Always On" adı verilən funksiya da mövcuddur.

 
 
Telefon, çox az sayda GSM şəbəkələrini dəstəkləyir və çox səyahət edən istifadəçilər üçün nəzərdə tutulub. "Thuraya"nın peyk şəbəkəsi Avropa, Afrika, Asiya və Avstraliya üzrə 160-dan çox ölkəni əhatə edir. Bundan əlavə telefonun GSM rejimi dünya üzrə 2G və 3G-ni dəstəkləyir.

"Thuraya" bu xüsusiyyətlərə sahib olduğunu iddia edən ilk telefon şirkəti olduğunu bildirir.

Telefonun batareyası 11 saat danışıq müddəti və 100 saata qədər gözləmə müddəti təklif edir. Təcili düyməyə sahib XT-PRO DUAL, suya və toza dayanıqlı gövdədən əlavə Gorilla Glass cam ekrana da sahibdir.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol