İllərdir saxta Van Gogh əsərləri sərgilənirmiş - FOTOLAR - VİDEO

Hollandiyadakı "Van Gogh Muzeyi”ndə, rəssama aid rəsm əsərlərinin yer aldığı not dəftərləri saxta çıxdı. Muzey, bu əsərləri vitrindən qaldırdı.
Muzeydən edilən açıqlamaya görə, Van Gogh-un 1888 və 1890 illəri arasında çəkdiyi düşünülən, qeyd dəftərindəki rəsmlərin saxta olduğu üzə çıxıb. Toronto Universitetinin pensioner akademiklərindən Ovcharov tərəfindən Van Gogh-a aid olduğu irəli sürülən sözügedən əsərlər, uzun müddətdirHollandiyada sərgilənirdi. Edilən son incələmələrlə saxta olduğu aşkarlanan əsərlər; rəssamın əl işlərinin çox yaxşı hazırlanmış kopyalarından ibarətdir.
Əsərlərin stil, texnika və ikonoqrafiya kimi yönlərdən incələndiyi tədqiqatın nəticəsində, rəssamın digər əsərlərində və bu not dəftərlərindəki rəsmlərdə böyük fərqliliklər aşkar edilib. Əlavə olaraq burada çəkilən rəsmlərdəki mürəkkəb, rəssamın başqa bir əsərində heç istifadə edilməyib.
1888 və 1890 illərində, rəssamın psixolojik problemlər yaşadığı illər idi. Qulağını kəsib bir fahişənin üzərinə atması, bir çox insan tərəfindən bilinən və filmlərdə belə istifadə edilən bir hadisədir. Bütün bu böhranlardan sonra Van Gogh, intihar edərəkhəyatına son verib. Hollandiyada əsərlərinin sərgiləndiyi muzeydə 500 ədəd rəsmi mövcuddur. //Technote.az
www.ann.az
























