FETÖ məktəbləri Türkiyəyə verildi

Çad Respublikasındakı FETÖ-yə məxsus bütün məktəblər Türkiyəyə verilir.
"Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu haqda Türkiyə Maarif Fondunun icraçı direktoru Həsən Yavuz məlumat verib. O, Türkiyə və Çad hökuməti arasında ikitərəfli danışıqlar aparıldığını və razılığa gəlindiyini deyib.
Yavuzun sözlərinə görə, artıq Çaddakı FETÖ məktəblərinin Türkiyə Maarif Fonduna təhvil verilməsi barədə müqavilə imzalanıb.
www.ann.az
























