Selfie həvəskarları üçün YENİLİK - VİDEO

Selfi çəkməyi sevən, lakin eyni rakurslardan çəkilmiş fotolardan bezən istifadəçilər üçün italiyalı developerlər selfi üçün "AirSelfie" adlı cib dronunu yaradıb.
5 MP-lik kameraya sahib kiçik cib dronu 3 dəqiqəlik uçuşu təmin edən 260 mAh enerji tutumlu batareya ilə təchiz olunub.
"Technote.az"ın "Igate.ru"a istinadən verdiyi xəbərə əsasən, dron 20 metrlik hündürlüyə qədər qalxa bilir. Uçuşun və drondakı kameranın idarə olunması xüsusi mobil tətbiq vasitəsilə reallaşdırılır. Həmçinin, mobil tətbiqdə dronun iş rejimini də seçmək olar.
Məsələn, selfi rejimində dron öz sahibini izləyir. Sözügedən selfi dronunu "Kickstarter" platformasından 179 avro qiymətinə əldə etmək olar.
www.ann.az
























