• $
  • €
  • ₽
  • ₺
  • £

Tələbələr 36 saata "Facebook" yalanlarını ifşa etdi

Tələbələr 36 saata "Facebook" yalanlarını ifşa etdi
21.11.2016 20:58
Bir müddət əvvəl "Facebook"-un prezident seçimlərindəki nəticələrə göstərdiyi təsir haqda məlumat paylaşılmışdı.

Hətta bu prezident seçimlərində Hillary tərəfdarlarının ortaya çıxmış nəticələrə görə Markı və "Facebook"-u günahlandırdığı bildirilmişdi. Bunun isə əsas səbəbi "Facebook"-da yalan xəbərlərin yayılması və xəbər seçimində filtrləmənin olması idi

Təbii ki, Mark buna öz münasibətini bildirmiş və insanların seçim haqqının olduğunu xatırlatmışdı. Amma buna baxmayaraq, yalan xəbərlərin varlığını inkar etmək mümkün deyil. Buna görə də "Facebook" da "Google" kimi bu mövzuda çalışdıqlarını və tezliklə yalan və gerçək xəbəri bir-birindən ayırmağı bacaran proqram ortaya çıxaracaqlarını bildirmişdilər. Amma təbii ki, bu deyildiyi qədər asan proses deyil. Bir tərəfdən bütün gerçəklik payı olmayan xəbərlərin ortadan qaldırılması mümkün olmadığı kimi, yalanı ortaya çıxaran alqoritmanın hazırlanması da o qədər asan deyil.

Amma Bristonda keçirilən haykatonda 4 tələbə bu problemi 36 saatda həll edə bilib. Bu tələbələr 36 saatda "Chrome" brauzeri üçün əlavə hazırlayıb və bunu "Yalanla yaşamağı dayandırın” deyə adlandırıblar. Komanda üzvlərindən biri magistr, biri birinci kurs tələbəsi, digər ikisi isə ikinci kurs tələbəsi olub. Komanda üzvləri Massachusetts və Illinois universitetlərinin tələbələridir.

Onların təklif etdiyi alqoritmə görə bütün xəbər, şəkil və linklər də daxil olmaqla hər şey yoxlanılır. Bundan əlavə linklər saytın reytinqinə görə, viruslu olub-olmamasına görə yoxlanılır. Həmçinin, əgər xəbərdə tweet-i qaynaq olaraq göstərilibsə, onda alqoritma onu da yoxlayaraq həmin məlumatın doğruluğunu və ya yalnışlığını təstiqləyir.

Tələbələr əlavəni brauzerə açıq kod şəklində yerləşdirib. Yəni istəyən developer, proqramı üçün bu kodlardan istifadə edə bilər.

Təbii ki, bu kodlar müəyyən mənada "Facebook" üçün istifadə oluna bilər. Amma sosial şəbəkədə yer alan xəbərlərin çoxluğunu nəzərə alsaq, bu kodlar üzərində ciddi çalışmaq tələb olunur.

Onu da qeyd edək ki, keçirilən bu haykatonun sponsorlarından biri də "Facebook" olub.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol