"Twitter" öz qurucusunun akkauntunu blokladı

"Twitter" sosial şəbəkəsi öz qurucusu və baş direktoru Cek Dorsinin mikrobloqdakı akkauntunu müvəqqəti olaraq bloklayıb.
İKT.lent.az-ın "The Wall Street Journal"a istinadən xəbərinə görə, naməlum səbəblərdən akkunta giriş yarım saat ərzində mümkün olmayıb.
Girişin bərpasından sonra C.Dorsinin izləyicilərinin sayı 200 nəfərə düşüb. Bir qədər sonra əvvəlki səviyyəyə - 3,8 milyon nəfərə qayıdıb.
İnsidentdən sonra baş direktor öz akkuntunda bunu "daxili səhv" adlandırıb.
Qeyd edək ki, "Twitter" adətən ələ keçirilən və ya istifadəçilərin narazılığına səbəb olan spamlar yayan akkauntları bloklayır. Son vaxtlar bu prosesdə aktivləşmə müşahidə olunur.
www.ann.az
























