• $
  • €
  • ₽
  • ₺
  • £

Xamenei: "ABŞ-ın sanksiyaları uzatması cavabsız qalmayacaq"

Xamenei: "ABŞ-ın sanksiyaları uzatması cavabsız qalmayacaq"
23.11.2016 16:01
"ABŞ-ın İrana qarşı sanksiyaları 10 illik uzatması Hərtərəfli Birgə Fəaliyyət Planının pozulması deməkdir, biz hökmən buna reaksiya verəcəyik”.
 
ANN.Az APA-nın Tehran bürosuna istinadən xəbər verir ki, bu sözləri İranın ali lideri ayətullah Seyid Əli Xamenei "Bəsic” könüllülər təşkilatının komandirləri və üzvləri ilə görüşdə deyib.
 
Ayətullah Xamenei bildirib ki, Amerikanın hazırkı hökuməti indiyədək nüvə sazişi məsələsində dəfələrlə öhdəliklərini yerinə yetirməyib: "Onlardan ən yenisi sanksiyaların 10 il müddətinə uzadılmasıdır. Əgər bu sanksiya icra olunarsa, Hərtərəfli Birgə Fəaliyyət Planı pozular. Onlar bilsinlər ki, İslam Respublikası buna reaksiya verəcək”.
 
İranın ali rəhbəri çıxışının davamında qeyd edib ki, "Bəsic” inqilab dövrünün heyrət doğuran fenomenlərindən biridir: "Bu fenomenin yaradılması üçün imam Xomeyniyə Allah tərəfindən ilham verilmişdi ki, islam inqilabının taleyini gənclərə tapşırsın”.
 
Qeyd edək ki, ötən həftə ABŞ Konqresi İrana qarşı daha öncə tətbiq edilmiş sanksiyaların müddətini daha 10 il uzadıb.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol