"Apple"dən yeni rekord

ABŞ-ın "Apple" şirkəti cari maliyyə ilinin III rübündə bütün dünya üzrə smartfon satışından əldə olunan mənfəətin 91 faizinə sahib çıxıb.
İKT.lent.az-ın xəbərinə görə, "Strategy Analytics" şirkətinin ekspertləri məlumat yayıb.
"Apple"in bu uğurunda təkcə brendin populyarlığı yox, həm də samrtfonların keyfiyyəti mühüm rol oynayır.
İkinci yerdə gələn "Huawei" şirkəti smartfon satışından əldə olunan mənfəətin 2,4 faizinə yiyələnib. Üçüncü yeri "Vivo" və "Oppo" şirkətləri bölüşdürür - 2,2 faiz (200 milyon dollar). Bütün qalan brendlərə isə 2,2 faiz pay düşüb.
www.ann.az
























