"Facebook" pulsuz "Wi-Fi" axtarışı funksiyasını sınaqdan keçirir

"Facebook" şirkəti pulsuz "Wi-Fi" ictimai nöqtələrinin tapılması üçün yeni funksiyanı testdən keçirməyə başlayıb.
İKT.lent.az-ın "VentureBeat"a istinadən xəbərinə görə, "Wi-Fi" axtarışı "Facebook" əlavəsinə inteqrə olunub.
Xİdmət işə salınarkən xəritə açılır və orada yaxın horspotlar görünür. Əlavə lazım olan "Wi-Fi" nöqtəsinə qədər gediləcək vaxtı da göstərir.
www.ann.az
























