• $
  • €
  • ₽
  • ₺
  • £

"Daha da irəli getsəniz, sərhəd qapılarını açacağıq" - Ərdoğan - VİDEO

"Daha da irəli getsəniz, sərhəd qapılarını açacağıq" - Ərdoğan - VİDEO
25.11.2016 13:42
 
"Daha da irəli getsəniz, sərhəd qapılarını açacağıq, bunu bilin”.

ANN.Az "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Avropa Parlamentinin Avropa İttifaqını Türkiyə ilə üzvlük müzakirələrini dayandırmağa səsləyən tövsiyə xarakterli qərarına münasibət bildirən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, siz heç bir zaman insanlığa dürüst davranmadınız. İnsanlara doğru baxmadınız: 

"Ölən körpələrin cəsədləri Ağdəniz sahillərinə vuran zaman gedib oradan götürən siz olmadınız. 3,5 milyon mühaciri ölkədə yerləşdirən bizik, siz yox. Verdiyiniz sözlərə əməl etmədiniz. Kapıkuleyə 50 min mühacir gələndə, fəryad etdiniz. Sonra dediniz ki, Türkiyə sərhəd qapılarını açarsa, nə edərik? Əgər daha irəli gedilsə, sərhədlər açılar. Belə quru təhdidlərdən nə mən qorxuram, anlayıram, nə də Türk milləti”.
 
Ərdoğan qeyd edib ki, 53 ildir ki, Türkiyəyə Avropa İttifaqının qapısını açmayanlar bizi sanksiyalarla təhdid edir:
 
"14 ildə batdıqmı, çökdükmü? Ancaq inkişaf etdik. Unutmayın ki, Qərbin Türkiyəyə ehtiyacı var. Hazırda 3 milyon qaçqını yerləşdirən, bəsləyə Türkiyədir. Avropa indiyə qədər qaçqınlara yardımla bağlı bizə verdiyi vədləri yerinə yetirmədi. Türkiyə qaçqınlara öz qapılarını Avropa İttifaqından yardım gələcəyini düşünərək açmayıb. Biz o insanları bombalardan xilas olmaları üçün qəbul etdik. İndiyə qədər BMT Türkiyədə qaçqınlar üçün 550 milyon dollar,  Avropa İttifaqı 700 milyon dollara qədər vəsait göndərib. Türkiyə dövləti isə 15 milyard dollar xərcləyib.  Qeyri-hökumət təşkilatlarının xərclədiyi vəsaitləri bura daxil etmirəm”. 
 
Xatırladaq ki, noyabrın 24-də Avropa Parlamenti Avropa İttifaqını Türkiyənin quruma üzvlüyü barədə Ankara ilə aparılan müzakirə prosesini müvəqqəti dondurmağa çağıran qərar qəbul edib. 

Kamil ƏMİRLİ
 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol