• $
  • €
  • ₽
  • ₺
  • £

"Ağıllı" zibil çənləri internetdən məhsul sifariş edəcək

"Ağıllı" zibil çənləri internetdən məhsul sifariş edəcək
25.11.2016 22:12
"Amazon” şirkəti tərəfindən "ağıllı" ev üçün təqdim edilmiş yeni qurğular gündəlik tələbat məhsullarının vaxtında təmin edilməsinə nəzarət edəcək.

Hələ cari ilin yanvarında istifadəyə verilmiş "Amazon Dash Replenishment” layihəsi əvvəllər "ağıllı" düymələrdən istifadəyə əsaslanırdı. Həmin düymələrə toxunuş etdikdə internet mağazasından zəruri məhsul sifariş edilirdi. Bu halda bir düymə yalnız bir konkret məhsul üçün proqramlaşdırılmışdı. İndi şirkət məhsulların internet üzərindən sifarişini avtomatlaşdırmağa dair qərar verib.

"ICTnews” Elektron Xəbər Xidməti "naked-science.ru” saytına istinadən yazır ki, "Amazon” tərəfindən təqdim edilmiş yeni qurğular evdə zəruri məhsulların ehtiyatına müstəqil nəzarət edir və çatışmadıqda onları sifariş edə bilir. Şirkət yeni xidmətini işə salmaq üçün "Whirpool”, "Samsung”, "Bosch” və "Purell” kimi partnyorlarla işbirliyi qurub.

Təqdim edilmiş "WePlenish” adlı qurğu istehlak vərdişləri, məhsulların anbar otağı və ya yeşikdə yerləşməsini araşdırır və bundan sonra zəruri məhsulların mövcudluğunu izləməyə başlayır. Cihaz, həmçinin çatışmayan məhsulları müstəqil sifariş edə bilir.

"GeniCan” adlı qurğu zibil çəninə qoşulur və atılmış məhsulların ştrix kodunu skan edir. Bundan sonra qurğu almaq lazım olan zəruri məhsulların siyahısını tərtib edir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol