İranda qatarlar toqquşdu: 36 ölü

İranın Damğan vilayətində iki qatarın toqquşması nəticəsində 36 nəfər ölüb, 89 nəfər xəsarət alıb.
Bu barədə Trend IRIB TV-yə istinadən məlumat verir.
Məlumata əsasən, həmin qatarlar Səmnan-Məşhəd və Təbriz-Məşhəd marşrutları üzrə hərəkət edirmiş.
İranın rəsmi şəxsləri hələ açıqlama verməyiblər.
www.ann.az
























