İran helikopteri Xəzərdə qəzaya uğradı - 5 nəfər öldü

Xəzər dənizində İrana məxsus vertolyot qəzaya uğrayıb.
ANN.Az "Anadolu” Agentliyinə istinadən xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb. Televiziyada çıxış edən Behşehr şəhər rəsmisi Seyid Xalid Səccadi bildirib ki, İran Beynəlxalq Neft Şirkətinə məxsus helikopter Xəzər dənizində qəzaya uğrayıb.
Onun sözlərinə görə, təcili tibbi yardım tipli helikopter Əmir Kəbir adlı neft platformasından yaralını gətirmək üçün gedib, lakin yolda qəza baş verib. Hadisə nəticəsində 5 nəfər ölüb.
Səccadi qeyd edib ki, hazırda qəzanın baş vermə səbəbləri istiqamətində iş aparılır.
Kamil ƏMİRLİ
www.ann.az
























