Məşhur aktyora Rusiya pasportunu Putin verdi - FOTO

Amerikalı aktyor Stiven Seqal artıq rəsmi olaraq, Rusiya vətəndaşı olub.
ANN.Az Rusiyanın "Sputnik” agentliyinə istinadən xəbər verir ki, Rusiya dövlət başçısı Vladimir Putinlə görüşən məşhur aktyor rəsmi olaraq, Rusiya vətəndaşı olub. Belə ki, Putin görüş zamanı aktyora Rusiya vətəndaşlığını təsdiq edən pasportu təqdim edib.

Aktyor qarşılığında rusca təşəkkür edərək, "bolşoe spasibo” (çox təşəkkür edirəm) deyib.
Kamil ƏMİRLİ
www.ann.az
























