"Instagram"dan növbəti yenilik - Bildiriş göndəriləcək

"Instagram” daha bir yeniliyə imza atıb.
ANN.Az xarici mediaya istinadən xəbər verir ki, "İnstagram” rəhbərliyi "Snapchat” proqramının bir sıra xüsusiyyətlərini götürməkdə davam edir. Artıq "Hekayələr” bölümündə paylaşılan foto və videoların görüntüsünü yadda saxladıqda ("screen shot” etdikdə), həmin hesaba bildiriş göndəriləcək.
Belə ki, foto və video paylaşım platforması olan "Instagram” "Direct” üzərindən göndərilən və itən ismarışların bir parçası olsa və bunun ekran görünüşü alınsa, göndərən adama ekran görünüşünün alındığına dair bildiriş göndərir.
Kamil ƏMİRLİ
www.ann.az
























