Ərdoğan və Putin görüşünün vaxtı bəlli oldu - Rəsmi

Dekabrın 1-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və rusiyalı həmkarı Sergey Lavrov Türkiyə-Rusiya Yüksək Səviyyə Əməkdaşlıq Şurasının (ÜDİK) 5-ci Toplantısı çərçivəsində görüşəcək.
ANN.Az Türkiyənin Xarici işlər nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə qarşılıqlı münasibətlər, eləcə də, regional və beynəlxalq inkişafla bağlı fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, yığıncaqda Türkiyə və Rusiya dövlət başçıları Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin 2017-ci ilin əvvəlində ÜDİK çərçivəsindəki görüşü müzakirə ediləcək.
Kamil ƏMİRLİ
www.ann.az
























