• $
  • €
  • ₽
  • ₺
  • £

2016-cı ilin ən yaxşı ixtiraları bəlli oldu

2016-cı ilin ən yaxşı ixtiraları bəlli oldu
01.12.2016 22:49
Nüfuzlu "Time" jurnalı 2016-cı ilin ən yaxşı ixtiralarının siyahısını tərtib edib. Siyahıdakı bir çox ixtiraların ideyası fantastik əsərlərdən götürülüb.

"Flyte" levitasiya edən (havada süzən) lampası altlıq və işıq mənbəyindən ibarətdir. Altlığın daxilində yaranan güclü elektromaqnit levitasiya effektini reallaşdırır. Elektromaqnit sahəsinin yaranması nəticəsində lampa naqilsiz enerji ilə təmin edilir. Qiyməti 349 dollardır.

"ICTnews" Elektron Xəbər Xidməti "hi-tech.mail.ru" saytına istinadən yazır ki, "Tesla" günəş panellərindən ibarət dam öz görünüşünə görə adi damdan fərqlənmir.

"Nike Hyperadapt 1.0" idman ayaqqabıları qeyri-adi mexanizmdən istifadə nəticəsində öz-özünə bağlanır. İstifadəçi sadəcə pəncəsinin təzyiqi ilə sensoru aktivləşdirməlidir. Xüsusi düymələrin köməyi ilə qaytanlamanın  gücünü tənzimləmək mümkündür. Qiyməti 720 dollardır.

"PlayStation VR" virtual reallıq şlemi – rəqəmli texnologiyalar dünyası ilə tanışlıq üçün tamamilə yeni imkanlar təqdim edir. Qurğu "PlayStation 4" və "PlayStation 4 Pro" konsolları ilə birgə istifadə edilir, qiyməti 400 dollardır.

"Hello Sense" zəngli saatı otaq daxilində temperatur, rütubət, işıqlanma dərəcəsi və havanın keyfiyyətini müəyyənləşdirir, həmçinin sahibinin optimal oyanış vaxtını təmin etmək üçün yuxu dövrlərini izləyir. Qiyməti 149 dollardır.
 
"Goodyear" şirkəti tərəfindən hazırlanmış "Eagle 360" şinləri istənilən istiqamətdə (yalnız irəli və geri deyil, həm də yanlara) hərəkət edə bilər və maqnit levitasiyasından istifadəyə əsaslanır.
"Quip" diş fırçası istifadəçiyə diş cərgəsinin başqa zonasını təmizləməyi xatırlatmaq üçün hər 30 saniyədən bir titrəyir. Qurğu dişləri düzgün təmizləmək üçün nəzərdə tutulub, qiyməti 25 dollardır.


"Dyson Supersonic" feni verilən havanın temperaturuna nəzarət edir və saçları həddən çox isti havanın arzuolunmaz təsirindən qorumaq məqsədilə saniyədə bir dəfə temperaturu ölçür, həm də səssiz işləyir. "Dyson Supersonic" feninin qiyməti 399 dollardır.

"DJI Mavis Pro" dronu şirkətin istehsal xəttində ən yığcam modeldir. Əsas özəlliyi qatlanan konstruksiya və "4K" təsvir ölçüsünə malik kameradır. Pilotsuz uçan aparat saatda 65 km sürətlə hərəkət edir və akkumulyatorun tutumu təxminən 27 dəqiqəlik uçuş (13 km) həyata keçirməyə imkan verir. Dronun qiyməti 999 dollardır.

"Arc InstaTemp" bədənə toxunmadan temperaturu ölçən termometrdir. Ölçmə 2.5 saniyə vaxt alır, göstərici ekranda əks olunur, həm də təhlükəsizlik indikatoru mövcuddur: yaşıl (normal temperatur), sarı (yüksək) və ya qırmızı (temperaturu aşağı salmaq üçün təcili tədbir görmək lazımdır). Qurğunun adi versiyasının qiyməti 40 dollardır.

"Minimed 670g" – "Medtronic" şirkəti tərəfindən hazırlanmış süni mədəaltı vəzdir. Bu həll diabet xəstələrini müntəzəm olaraq insulin inyeksiyaları etmək ehtiyacından xilas edəcək. Hər 5 dəqiqədən bir qanda hormonun səviyyəsini ölçən süni mədəaltı vəz qanı lazımi miqdarda insulinlə təmin edir. 2017-ci ildə sözügedən qurğunun satışına başlanılacaq.

Çin Milli Kosmik Agentliyi tərəfindən hazırlanmış "Tiangong-2" stansiyası qeyri-rəsmi "Cənnət sarayı" adlandırılır. Uzunluğu 10 metr və eni 4 metr olan stansiya kosmik laboratoriya rolunu yerinə yetirəcək.

Karlos Arturo Torres tərəfindən hazırlanmış "IKO" əl protezi itirilmiş əl funksiyasını yerinə yetirəcək. Protezin özəlliyi odur ki, oyun əlavələri uşağa özünü super qəhrəman kimi hiss etməyə imkan verir.

"UNICEF Kid Power Band" adlı "ağıllı" bilərziyin qiymətinin 40 dollar olmasına baxmayaraq, çox mühüm missiyanı yerinə yetirir. Birincisi, bilərzik uşaqları daha çox hərəkət etməyə məcbur edir və buna görə mobil proqramda onlara bal əlavə edilir. İkincisi, "UNICEF" bilərziyin satışından toplanılan məbləğlə aclıqdan ölən insanlara dəstək olub. Bu isə planetin 30 mindən çox sakinini xilas etməyə imkan verib.

"Apple AirPods" simsiz qulaqlıqları indiyə qədər satışda yoxdur, amma onu yoxlamış insanların rəyi çox pozitivdir.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol