Gürcüstanda azərbaycandilli radioya lisenziya verilib

Gürcüstanda azərbaycandilli media "Marneuli” radiosu bu gün lisenziya alıb.
ANN.Az APA-Economics-ə istinadən xəbər verir ki, radio bu gündən etibarən internet üzərindən yayıma başlayıb. "Marneuli" radiosu yeni il günü 96,9 FM tezliyində yayıma başlayacaq.
Radionun 14 nəfərdən ibarət kollektivi var. Gürcüstanda 1 ay öncə Azərbaycan dilində mediaya qadağa aradan qaldırılıb.
www.ann.az
























