• $
  • €
  • ₽
  • ₺
  • £

2018-ci ildə planşet bazarı yenidən artacaq - PROQNOZ

2018-ci ildə planşet bazarı yenidən artacaq - PROQNOZ
03.12.2016 20:33
İDC analitik şirkətinin mütəxəssisləri güman edirlər ki, bu il planşet bazarı 12 faiz azalacaq. 

İKT.lent.az-ın "ixbt.com” saytına istinadən məlumata görə, buna səbəb il ərzində 182,3 milyon ədəd cihazın tədarük edilməsidir. 

Analitiklər qeyd ediblər ki, planşet bazarı 2018-ci ildə yenidən artıma qayıdacaq, ancaq bu artım o qədər də böyük olmayacaq. Bu isə klaviaturalı modellərin populyarlığı ilə bağlı olacaq.

İDC-nin hesablamalarına görə, 7-9 düym ölçülü ekrana malik planşetlər daha populyar olaraq qalır. Misal üçün, ekranın ölçüsü 8,4 düym olan "Huawei MediaPad M3” kimi planşetlər. Ancaq onların da payı mütəmadi olaraq azalır. Ötən il belə modellərin payı 59,9 faizə bərabər olub. Bu il isə bu rəqəm 56,4 faiz təşkil edir. Tendensiya saxlanılsa, qeyd edilən ölçülü ekranlı planşetlərin payı 2020-ci ildə 39,7 faiz təşkil edəcək.

9-13 düym ölçülü ekranlı planşetlərin tədarükü bir il ərzində 39,8 faizdən 43,1 faizə qədər artıb. 2020-ci ilə isə bu rəqəm 58,2 faizə qədər arta bilər.

13-16 düym ölçülü ekranlı planşetlərin də payı artacaq, ancaq bu rəqəm o qədər də böyük deyil. Ötən il belə planşetlərin payı ümumi tədarükün 0,3 faizini təşkil edib. Bu il isə bu rəqəm 0,5 faiz olub. İDC-in proqnozlarına görə, 2020-ci ildə bu göstərici 2,1 faizə qədər artacaq.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol