• $
  • €
  • ₽
  • ₺
  • £

Polislər arasında atışma: 5 polis həlak oldu

Polislər arasında atışma: 5 polis həlak oldu
04.12.2016 14:54

Ötən gecə Ukraynada faciəli hadisə baş verib, 5 polis əməkdaşı həlak olub.

ANN.Az APA-ya istinadən xəbər verir ki, bu barədə deputat Anton Qerşenko "Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Kiyevin Brovarsk rayonunun Knyajiçi qəsəbəsində paytaxt polisinin cinayət-axtarış bölməsi sistemli olaraq şəhər sakinlərinin evlərini talan edən quldur dəstəsinin üzvlərinin yaxalanması əməliyyatı hazırlayıb. Cinayətkarların növbəti hədəfinin Knyajiçi qəsəbəsində olacağı barədə operativ məlumat alınıb və həmin yerə cinayət axtarış bölməsinin qrupu və xüsusi təyinatlılar yollanıb. Knyajiçi qəsəbəsindəki küçədə şəxsi evlərdən birində polis kəşfiyyatçıları yerləşdirilib. Kəşfiyyatçıların vəzifəsi şəraiti izləmək və lazımi məqamda cinayətkarların cinayət başında saxlanması üçün xəbər vermək olub. Lakin təsadüfən polislərin olduğu evlə qonşu olan bir evdə mühafizə üçün avtomatik rejimdə quraşdırılmış siqnalizasiya sistemi işə düşüb. Dərhal hadisə yerinə mühafizə polisinin əməkdaşları gəlib və qonşuluqdakı evdə olan iki polis kəşfiyyatçısını saxlayıblar. Həmin vaxt isə cinayətkarların saxlanılması üçün mikroavtobusda hazır vəziyyətdə saxlanılan xüsusi təyinatlılar polis kəşfiyyatçılarının bədbəxtliklə üzləşdiyini, cinayətkarlar tərəfindən saxlanıldığı qənaətinə gəliblər və ora gəliblər. Daha sonra xüsusi təyinatlılarla mühafizə polisləri arasında atışma olub. Nəticədə 2 mühafizə polisi, iki polis kəşfiyyatçısı və bir xüsusi təyinatlı ölüb.

Həmin vaxt yaxınlıqdakı atışma səsini eşidərək talan planlarını təxirə salaraq "Toyota Land Cruiser 200” markalı iki avtomobilə qaçmağa çalışan cinayətkarlar da Kiyevdə saxlanılıblar. Onların üzərində odlu silah aşkarlanıb.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol