• $
  • €
  • ₽
  • ₺
  • £

Atatürk səsinə heyran qaldığı rus müğənnini övladlığa götürmək istəyib

Atatürk səsinə heyran qaldığı rus müğənnini övladlığa götürmək istəyib
05.12.2016 11:33
Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün səsinə heyran qaldığı sovet opera artisti İvan Jadanı övladlığa götürmək istədiyi ortaya çıxıb.

ANN.Az modern.az-a istinadən xəbər verir ki, rusiyalı yazıçı Georgi Nikitinin "Samizdat” jurnalında qələmə aldığı yazıya görə, Jadan digər məşhur sovet artistlərlə 1935-ci ildə Atatürkün dəvəti ilə Türkiyədə konsert turuna qatılıb.

Qonaq sənətçilər arasında məşhur bəstəkar Dmitri Şostakoviç və skripkaçı Devid Oistrah da yer alıb. Müəllifin yazdığına görə, sovet sənətkarların Ankarada verdiyi konsertdə Atatürk gənc ifaçı Jadanın səsinə heyran qalır.

Yazıda "Atatürk, sənətkar Jadanın səsinə güclü şəkildə heyran qalır. Atatürk, Jadanı övladlığa götürmək istəyir və özünə monogram yazılı qızıl örtmə siqaret təbəqəsi da hədiyyə edir”, - ifadələrinə yer verilib.

Yazıda sənətkarın 2-ci Dünya Müharibəsi illərində Almaniyanın faşist qoşunlarına əsir düşdüyü və daha sonra işğal altındakı Ukraynada alman əsgərlərinə konsertlər verdiyi də yer alıb.

Nikitin bu vəziyyətin sovet rəhbərliyinin sərt reaksiyasına səbəb olduğunu bildirib. Müharibədən sonra Jadanın Amerikaya köç etdiyi və sənətkar karyerasının da ABŞ-da uğursuzluqla nəticələndiyi qeyd edilib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol