• $
  • €
  • ₽
  • ₺
  • £

Ultrabənövşəyi lazer internetin sürətini artıracaq

Ultrabənövşəyi lazer internetin sürətini artıracaq
05.12.2016 19:12
Rusiya alimləri infraqırmızı lazerin işığını ultrabənövşəyi şüaya çevirərək kompüter şəbəkələrinin sürətini xeyli artıra biləcək ucuz nanomaterial yaradıblar.

"ICTnews” Elektron Xəbər Xidməti "Mediasat” resursuna istinadən yazır ki, prosedur internetin sürətini artırmaqla yanaşı, ayrı-ayrı molekul və atomların hərəkətini izləməyə imkan verəcək.  

Sankt-Peterburq İnformasiya Texnologiyaları, Mexanika və Optika Milli Tədqiqat Universitetinin mütəxəssisi Anton Tsıpkin yeniliyi şərh edərək bildirib ki, informasiyanın ötürülməsi üçün çox kiçik lazer impulslarından istifadə edərək biz onun axınını xeyli sıxlaşdıra və sürətləndirə bilərik. "Həmçinin belə metasəthləri optik çipə tətbiq edərək onların köməyi ilə şüalanma tezliyini dəyişdirmək olar. Bu, məlumat axınlarını ayırmağa və paralel şəkildə daha çox hesablamalar aparmağa imkan verəcək”, - o qeyd edib.

Məlum olduğu kimi, ultrabənövşəyi şüalanmadan kimyəvi reaksiyaların sürətləndirilməsi, yüksək dəqiqliyə malik mikroskopiya və digər elmi vəzifə və eksperimentlər üçün istifadə etmək mümkündür.
Artıq uzun müddətdir, alimlər məlumat ötürmə işıq kompüter və sistemləri hazırlamağa çalışaraq yeni-yeni işıq mənbələri və ultrabənövşəyi lazerlər yaradırlar. Təkcə son bir neçə ildə mütəxəssislər tərəfindən onlarla müxtəlif şüalanma modeli ərsəyə gətirilib.

Lakin problem ondan ibarətdir ki, ultrabənövşəyi lazerləri mikrosxemlərə inteqrasiya etmək çox çətindir. Çünki ultrabənövşəyi şüalanmanı bərk materialların cüzi hissəsi hasil edə bilir. Öz növbəsində ultrabənövşəyi şüalanma çoxlu enerji sərf edərək daha az material emal edir.

Lakin problemin həlli başqa cür mümkün olub. Belə ki, A.Tsıpkin mütəxəssislər qrupu ilə birlikdə infraqırmızı lazerin işığını nazik ultrabənövşəyi lazer hissəciklərinə çevirməyə nail olub.

Sonrakı bütün kimyəvi proses hazır konstruksiyanın ultrabənövşəyi işıqlandırmanın gələcəkdə elm, tibb və müasir texnologiyalarda tətbiqini mümkün edəcək gizli növünün istehsalına imkan verməsi ilə nəticələnib.v

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol