Kılıçdaroğlunun baş məsləhətçisi saxlanıldı

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun baş məsləhətçisi saxlanılıb.
ANN.Az "Sabah” qəzetinə istinadən xəbər verir ki, İstanbul şəhər Baş Prokurorluğunun Terror və Təşkilati Cinayətlər Şöbəsinin müstəntiqi Məmməd Şənay Bayqının göstərişi ilə tutulan Fateh Gürsulun evində axtarış aparılıb.
Ankarada saxlanılan F. Gürsulun qırmızı siyahıda olduğu, "ByLock” cinayət tərkibli mesajlaşma proqramından istifadə etdiyi bildirilir. O, FETÖ ilə əlaqələrinin olması şübhəsilə İstanbul şəhər Prokurorluğuna gətirilib.
Qeyd edək ki, CHP lideri Kamal Kılıçdaroğlu Adana şəhərində keçirilən görüşdə FETÖ ilə əlaqəsi olan jurnalistlərin adlarını çəkərək, onlara dəstək olduğunu bildirmişdi.
Kamil ƏMİRLİ
www.ann.az























