"Bölgədə çox böyük məsuliyyətimiz var" - Binəli Yıldırım
"Rusiya və Türkiyənin bölgədə çox əhəmiyyətli missiya və məsuliyyəti var”.
ANN.Az "Anadolu” Agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım Rusiya Dövlət Diplomatiya İnstitutunda çıxış edərkən deyib.
B. Yıldırım bildirib ki, bu gün bütün dünya ölkələri bir-birindən asılıdır:
"Bu gün bizim "mənə nə Rusiyadan, Türkiyədən, Suriyadan, İraqdan və digər ölkələrdən” demək şansımız yoxdur. Baş verən hər bir müsbət və mənfi hadisə bütün ölkələrə eyni dərəcədə təsir göstərir. PKK, İŞİD, Əl-Qaidə, Boko-Haram və digər terror təşkilatlarının yaranıb bu qədər dəhşətlər törətməsinin əsas səbəbi regional məsələlərin həllindəki gecikmələrdir. Bu gecikmələr də sonradan əvəzi ödənilməyən problemləri də özü ilə gətirir”.
Kamil ƏMİRLİ
www.ann.az























