• $
  • €
  • ₽
  • ₺
  • £

Şimali Koreyanın yeganə əməliyyat sistemi hack edildi

Şimali Koreyanın yeganə əməliyyat sistemi hack edildi
06.12.2016 20:23
Şimali Koreyanın uzun illərdir istifadə etdiyi Red Star OS əməliyyat sistemində ciddi bir təhlükəsizlik boşluğu tapıldı.

Şimali Koreya höküməti ola biləcək kiber hücumları və daxili qayda-qanunları nəzərə alaraq Windows və bu kimi əməliyyat sistemlərindən istifadə etməyib, yeni yerli platformanı tətbiq etməyə çalışırdı.

Bir müddət sonra Şimali Koreyanın kompüter piratçılığına zidd olduğu iddia edilən Linux əsaslı bir əməliyyat sistemi olan Red Star OS-nin istifadəsinə başlanıldı. Red Star OS digər əməliyyat sistemlərindən fərqlidir. Bu əməliyyat sisteminin fərqli cəhəti onun hər zaman bir nöqtədən idarə etmək şansının mümkünlüyüdür.
 
Yəni bu sistem eyni zamanda bir cihazda istifadə olunan sənədlərin izlənməsinə köməklik edən tənzimləmələrlə təchiz olunmuş əməliyyat sistemidir. Məsələn, Red Star OS, bir kompüterdə olan sənədləri, faylları asanlıqla izləyə bilir. Bunu etməkdə məqsəd ən kiçik məlumatın belə hökümət tərəfindən izlənməsinə nail olmaqdır. Amma Red Star OS, Şimali Koreya başçısı Kim Jongun istədiyi qədər təhlükəsiz deyilmiş. Təhlükəsizlik mütəxəssisləri yalnızca bir bağlantı istifadə edərək sistemə daxil olmağa nail ola biliblər.

Mütəxəssislərin sözlərinə görə, bu boşluğun köməyilə sistemə mənfi xarakterli fayllar yükləmək mümkündür. Bunların hamısı Red Star ilə birgə gələn Naenara adı verilən skaynerin köməkliyi ilə mümkündür.

Təhlükəsizik şirkəti Hacker House, mənfi məqsədli faylı açmağa cəhd edərkən Red Star əməliyyat sistemindəki boşluğu ortaya çıxardığını bildirib. //Technote.az

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol