Türkiyədə partlayış - 3 nəfər yaralandı

Türkiyənin Mardin şəhərində partlayış baş verib.
ANN.Az "HaberTürk”ə istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Mardin şəhər polis idarəsindən verilən məlumata görə, terrorçu qruplaşma bomba quraşdırdığı üçün rayonun Fərat küçəsinə giriş-çıxışa qadağa qoyulub.
Sözügedən küçədəki evlərindən əşyalarını çıxarmaq üçün gedən 3 nəfər bombanın partlaması zamanı ağır yaralanıb.
Yaralılar Nusaybin Dövlət Xəstəxanasına aparılıb.
Kamil Əmirli
www.ann.az























