Sərnişin təyyarəsi qəzaya uğrayıb - Pakistanda

Pakistan Beynəlxalq Hava Yollarına məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb.
ANN.Az "HaberTürk”ə istinadən xəbər verir ki, Çitral şəhərindən İslamabad şəhərinə gedən sərnişin təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.
Pakistan polisindən verilən məlumata görə, içərisində 42 sərnişin və 5 ekipaj üzvü olmaqla, 47 nəfərin təyyarə ölkənin şimalında yerləşən Havelian şəhərində qəzaya düşüb.
Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.
Kamil ƏMİRLİ
www.ann.az
























