32 İŞİD-çi öldürüldü

Suriyada davam edən "Fərat Qalxanı” əməliyyatı çərçivəsində İŞİD-ə məxsus 13 hədəf bombalanıb.
ANN.Az "DHA”ya istinadən xəbər verir ki, əməliyyat nəticəsində 32 terrorçu məhv edilib. Türkiyə Silahlı Qüvvələrinin 107 gün ərzində davam etdirdiyi əməliyyatlarda İŞİD hədəfləri havadan və qurudan atəşə tutulub. Türkiyə Baş Qərargahından verilən məlumata görə, İŞİD-ə məxsus 3 tank, 2 nəzarət postu, 3 sığınacaq, 3 qərargah binası, 1 ədər bomba ilə dolu avtomobil olmaqla, ümumilikdə, 12 hədəf zərərsizləşdirilib.
Bildirilib ki, ilkin məlumatlara görə, hava hücumları nəticəsində 23 terrorçu məhv edilib. Gün boyu davam edən atışmalarda 1 zirehli texnika və 9 döyüşçü öldürülüb.
Baş Qərargahdan, ümumilikdə, 32 terrorçunun məhv edildiyi bildirilib.
Kamil ƏMİRLİ
www.ann.az























